Lionel Messi yeni klubunun adını açıqladı
Dünya futbolunun əfsanəsi, PSJ-dən ayrılan Lionel Messi karyerasını ABŞ-də davam etdirəcək.
Gələcək planları ilə bağlı müsahibə verən 35 yaşlı forvard Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə qoşulacağını bildirib.
“Mayamiyə getməyə qərar verdim. Sövdələşmənin 100% bağlanıb-bağlanmadığına hələ ki tam əmin deyiləm. Amma ora yollanmağı planlaşdırıram”, – deyə L.Messi bildirib.
Forvard bu qərarını diqqət mərkəzində olmamaq və ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə izah edib. O həmçinin əlavə edib ki, bu addımı daha çox pul qazanmaq niyyəti ilə atmır.
Qeyd edək ki, mediada yayılan məlumata əsasən, Leo “İnter Mayami” ilə 3 illik müqavilə imzalayacaq. Onun məvacibi isə 150 milyon avro olacaq. Bundan başqa, L.Messi karyerasını bitirdikdən sonra MLS-də klub səhmdarı olmaq imkanına sahib olacaq.
Abunə ol ☛ youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g?sub_confirmation=1
❂❂❂❂❂
❂❂❂❂❂
Lionel Messi yeni klubunun adını açıqladı
℗ 2022 – 2023 © All Rights Reserved | « Baku TV » LLC ™
Lionel Messi yeni klubunun adını açıqladı
#LionelMessi #PSJ #Messi #forvard #DevidBekhemin #yeniklub #İnterMayami #Leo #MLS #ƏlHilal #Lionel #veteran #oyunçu #futbol #futbolçu #messitransfer #SəudiyyəƏrəbistanı #bakutv #sondeqiqe #xəbər #xəbərbugün #xəbərlər #xəbərləryeni #xəbərlərbugün #xəbərlərsondəqiqə #xəbərlərbugün2023
leo messi